Fırlanan avadanlıqlar üzrə çilingər

İşin təsviri

Vəzifənin məqsədi:

  • Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmirini əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
  • Təmir, quraşdırma zamanı tələb olunan bütün alət və avadanlıqlardan düzgün istifadə etmək;
  • Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
  • İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
  • İşlədiyi struktur bölmələrdə bütün fırlanan avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
  • SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;

Tələblər:

  • Mexanika sahəsi üzrə texniki təhsil (peşə, orta-ixtisas);
  • Müvafiq sahə üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün fırlanan avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;
  • Yoxlanışlar aparmaq üçün hündürlükdə işləmək bacarığı;
  • Fiziki olaraq tam sağlam olmalı.

İş yeri: Sumqayıt şəhəri

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Fırlanan avadanlıqlar üzrə çilingər (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 19.01.2024

 

İşəgötürənin reytinqi