Regional Satış Müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Günlük satış analizini kateqoriya bazında araşdırmaq ,
  • Satış hesabatlarını kontrol və analiz etmək;
  • Satış müdirlərinin və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirmək və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləmək;
  • Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət etmək;
  • Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət etmək, mütəmadi ezamiyyətə getmək;
  • Ərazidəki potensiallı müştərilərin satışına mütəmadi olaraq nəzarət etmək və satışın artırılması istiqamətində təkliflər vermək;
  • Hər ayın əvvəli keçən ayın satış müdiri və satış təmsilçi bazında (rayon üzrə sub kateqoriya satışlar və nöqtə sayı) hesabatları təqdim etmək;
  • Rəhbərlik tərəfindən müəyyən vaxtlarda təyin edilmiş digər vəzifələrin icra edilməsi

Tələblər:

  • Ali təhsil;
  • Satış sahəsi üzrə rəhbər kimi ən azı 3 il təcrübə;
  • Distribusiya sahəsində təcrübə üstünlükdür;
  • Analitik düşünmə və problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət qurma və təqdimat bacarığı;
  • Təşəbbüskarlıq,mükəmməl mentorluq,kouçinq,komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Regional Satış Müdiri” yazmaqla müraciət edilir.

İşəgötürənin reytinqi