Pərakəndə kreditlərin monitorinqi şöbəsinin baş mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 27.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Rol haqqında:

Pərakəndə kredit məhsullarının data əsasında monitorinqini həyata keçirmək, aşkarlanmış nöqsanlar barədə hesabatları tərtib etmək və  nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün namizəd axtarırıq. Pərakəndə kredit məhsullarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması əsas məqsədimizdir.

Öhdəliklər:

  • Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;         
  • Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqlər həyata keçirmək;
  • Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
  • Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;   
  • Müştəri tərəfindən banka təqdim edilmiş məlumatların və kreditləşmənin qaydalar çərçivəsində icrasını monitorinq edərək, borcun ödənilməsinə təsir edəcək riskləri aşkarlayaraq şöbənin rəhbərliyinə monitorinqin nəticələrini əks etdirən hesabat və akt təqdim etmək; 
  • Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək;
  • Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələb olunan bacarıq və təcrübə:

Sizin barənizdə: 

  • Texniki bacarığı: SQL,Excel,data analitikası üzrə yüksək səviyyədə biliklər mütləqdir,İFRS 9,R və Python üzrə biliklər isə arzu olunandır.
  • Peşəkar sertifikatlar: SQL,Excel və ya ekvivalent data analitikası üzrə sertifikatın olması arzu olunandır.
  • Sahə üzrə iş təcrübəsi: Modelləşmə və Audit/Nəzarət/ Kredit riskləri sahəsində minimum 2 illik təcrübəyə malik olmaq.
  • Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,ingilis,rus dillərini bilmək isə arzu olunandır.
  • Digər səriştələr: Analitik düşüncə tərzi,komanda daxilində iş bacarığı, detallara qarşı diqqətli, ünsiyyətçil, məsuliyyətli olmaq və səliqəli sənədləşmə bacarığı mütləqdir.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

İşəgötürənin reytinqi