PEST CONTROL (FUMİQASİYA) MÜTƏXƏSSİSİ
Tələb olunan texniki bilik və bacarıqlar:
- Kənd təsərrüfatı, biologiya və ya zoologiya sahəsində ali təhsil,
- 25-35 yaş aralığı;
- Ölkə xarici və daxilində ezamiyyətlərə gedə bilməli;
- Rus və ya İngilis dillərini orta səviyyədə bilməli;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Həşaratlar (tarakan, qarışqa, çəyirtkə və s.), gəmiricilər (siçan, siçovul), uçan həşaratlar (arı, milçək, ağcaqanad), məhsulların içərisində görülə biləcək həşaratlar və digər canlılarla (ilan, əqrəb, quş, it, pişik və s.) mübarizə sahəsində təcrübə;
- Həşaratlarla və gəmiricilərlə mübarizə mövzusunda beynəlxalq standartları, risk analizlərini yaxşı səviyyədə bilməli.
İş haqqında məlumat:
- Həşaratlarla mübarizə işinin təşkili və idarə edilməsi;
- Müəssisələrin həşaratlarla mübarizə çərçivəsində tədqiq edilməsi;
- Daxili və ümumi təyinatlı dərmanlama işlərinin həyata keçirilməsi,
- Əməyin təhlükəsizliyi və işçinin sağlamlığı ilə əlaqədar sanitariya, ekoloji və yanğından mühafizə qaydalarına riayət olunmasına cavabdehdir;
- Müəssisə daxilindəki avadanlıqlara nəzarət edilməsi;
- Problemlərin aşkarlanması, mənbələrin dəyərləndirilməsi və qabaqlayıcı fəaliyyətlərin həyata keçirilməsi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mözvu yerinə “PEST Control (Fumiqasiya) Mütəxəssisi ” yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.