Premium müştərilər üzrə satış mütəxəssisi

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Korporativ satış üzrə minimum 1 il təcrübəsi;
  • Şəxsi avtomobil;
  • Danışıqlar aparma qabiliyyəti.

İş barədə məlumat: 

  • Yeni müştərilərin cəlb olunaraq müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirilməsi və məhsullar,xidmətlər daxil olmaqla müvafiq tövsiyyələrin verilməsi;
  • Bazar qiymətlərinin araşdırılması,analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əməkdaşlıqların yaradılmasını təmin etmək.

İş qrafiki:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş qrafiki(09:00 – 18:00);
  • Əmək haqqı: fix+bonus hissədən ibarətdir;
  • Nahar və korporativ nömrə ilə təmin edilmə;
  • İş yeri: Bakı şəhəri ,S.Rüstəm 7/15 (28 Mall yaxınlığı).

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini elektron poçtuna mövzu hissəsində “Korporativ müştərilərlə iş üzrə mütəxəssis” qeyd etməklə  və ya 077-441-56-09  nömrəsinin whatsapına göndərmələri xahiş olunur