GPS üzrə Montajçı

  • Qafqaz NET LLC
  • Elanın qoyulma tarixi: 21.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Elektrik avadanlıqlarının montaj olunması;
  • Elektrik sxemləri ilə işləməyi bacarmalı;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər, eləcə də ölçmə cihazları və tətbiqi prinsipləri;
  • Elektrik kabellərinin çəkilməsi;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli;
  • Mühəndislərin verdiyi tapşırıqları yerinə yetirmək və gördüyü işlər barəsində onlara hesabat vermək;
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
  • Avadanlığın elektron elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarətin edilməsi və yaranmış zədələrin üzə çıxarılması məqsədilə test yoxlamaların aparılması və onların təmiri;
  • Məngənə, pardaqlama və s. mexaniki alətlərin iş prinsipini  bilməli;
  • Kəsmə və deşmə alətlərində işləməyi bacarmalı;
  • Mexaniki birləşmələri və sürət ötürücülərini tanımalı;
  • Yivli ölçüləri və yivaçanın iş prinsipini bilməli;
  • Qüsurlu təmir siyahılarının hazırlanması;
  • Avadanlıqların istismarı zamanı və təmir prosesində yoxlama zamanı qüsurların müəyyən edilməsi və aradan qaldırılması;
  • Blok və mexanizmlərin sökülməsi, təmiri, yığılması və sınaqdan keçirilməsi;
  • Avadanlıqların, aqreqatların və maşınların təmiri, quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi, sazlanması və təmirdən sonra çatdırılması;
  • GPS avadanlığının quraşdırılması;
  • Yanacaq səviyyəsi sensorlarının quraşdırılması;
  • Yanacaq çənlərinin kalibrlənməsi;
  • Hesabat sənədlərinin hazırlanması;
  • Əməyin mühafizəsi qaydalarını və tədbirlərini bilmək və onlara əməl etmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Orta ixtisasdan aşağı olmayan təhsil
  • Azərbaycan və rus dili biliyi;
  • Dəqiqlik, məsuliyyət, çalışqanlıq və ünsiyyət bacarığı;
  • Operativ çalışan, məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müvafiq sahə üzrə sertifikatları olması üstünlükdür;
  • Təkərli avtomobillərin elektrik avadanlıqları ilə işləmək təcrübəsi;
  • Etibarlı PC istifadəçisi;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • İnkişaf etmiş ünsiyyət bacarıqları, öyrətmək və öyrənmək bacarığı;
  • Avtomobilin olmasıAnalitik düşünmə və təhlil bacarığı.

İş rejimi:

  • İş yeri – Bakı şəh., Ziya Bünyadov 43 küç. 
  • İş günləri – həftənin 5 günü
  • İş qrafiki – 09:00 – 18:00

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “GPS üzrə Montajçı” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.