İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mağazada masa, stend kimi nümayiş sahəsinin qurulması və səliqəli saxlanması;
- Mağazaya daxil olan müştərilərin tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;
- Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;
- Satış və anbar qalığına nəzarət edilməsi;
- Zəruri hallarda məhsul və ya xidmət barədə məlumatı paylaşmaq üçün videolar və slayd şouları kimi interaktiv materiallardan istifadə edilməsi;
- Müştərilərin maraq səviyyələrini, verilən sualları, satılan və müxtəlif tədbirlərdə paylanan məhsulların sayını əks etdirən hesabatların hazırlanması;
- Məhsul və ya xidmət xüsusiyyətlərindən xəbərdar olması.
Tələblər:
- Orta təhsil, ali təhsil arzu olunandır;
- Səlis azərbaycan dili və rus dili biliyi;
- Promoter olaraq iş təcrübəsi;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Satış etmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: I-VI günlər;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.