Satış Müdiri

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (Mühəndislik, texniki təhsil);
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə,  rus və ingilis dilləri arzuolunandır; 
  • Təqdimat hazırlama və təqdimat keçirmək, müxtəlif dövrlər (günlük, həftəlik, aylıq, rüblük, illik) hesabatların aparılması;
  • İdarəetmə qabiliyyəti ;
  • İşi planlamaq bacarığı; 
  • Nəticə yönümlülük;
  • Əlaqə qurmaq bacarığı;
  • Aktiv dinləmə bacarığı;
  • Müştərinin etibarını qazanmaq qabiliyyəti;
  • Danışıqların idarə etmə qabiliyyəti;

Vəzifə və öhdəliklər:

  • Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılmasının təşkili, B2B görüşlərin keçirilməsinə rəhbərlik etmək;
  • Yeni müştərilərlə uzunmüddətli münasibətlərin yaradılması və loyallığın artırılması üzrə işlərin aparılmasına nəzarət;
  • Müştərilərin tələblərinin öyrənilməsi, təklif edilən xidmətlərin müştəri üçün vacibliyinin vurğulanması;
  • Gələcək iş birliyi aparılacaq şirkətlərlə bağlı proqnoz və planların hazırlanması;
  • Marketinq tədbirlərində iştirak edilməsi.

 Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş;
  • Kreativ iş şəraiti;
  • Professional və maddi artım üçün perspektiv;
  • Əmək haqqı 1500-2000 AZN + yüksək bonuslar.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satış müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar