Risklərin idarə edilməsi üzrə Mütəxəssis/Kiçik Mütəxəssis

  • HomeFinance BOKT
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Şöbənin funksiyalarının icrasını tənzimləyən BOKT-un daxili qayda və təlimatlarının hazırlanmasında iştirak etmək;
  • Kredit təlimatlarını mükəmməl bilmək;
  • Gündəlik verilən kreditlərin online və offline olmasına nəzarət etmək;
  • Məhkəmə sənədlərini Korporativ Hüquq və Problemli Kreditlər şöbəsinə təhvil-təslim etmək, sənədin skan versiyasını və kopyasını mütləq şəkildə risklərin idarə edilməsi şöbəsində saxlamaq;
  • Risklərə aid sənədləri tərtib edib arxivləşdirmək;
  • Risklər üzrə qlobal limitlərin təyin edilməsi ilə bağlı təkliflərlə çıxış etmək;
  • Dövri olaraq BOKT-un fəaliyyətinində kredit risklərin səviyyəsini müəyyən etmək məqsədilə müxtəlif metodlardan istifadə etməklə təhlil etmək;
  • Kredit riskləri ilə bağlı sorğuları cavablandırmaq, bu yönümlü görüşlərdə iştirak etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (Statistika və Riyazi maliyyə üstünlükdür);
  • Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur;
  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik təhlil etmə, düşünmə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür;
  • Komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək.

İş barədə məlumat:

  • Əmək haqqı: 500 AZN+bonus
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 6 günlük iş qrafiki 

CV-lərinizi “Risklərin idarə edilməsi üzrə Mütəxəssis/Kiçik Mütəxəssis” başlığı altında e-mail ünvanına göndərməyiniz xahiş olunur.

HomeFinance BOKT tərəfindən digər vakansiyalar