Topdan satış üzrə menecer

  • Askona
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
  • Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (bölgələr üzrə təcrübə arzuolunandır)
  • Yaş: 25-40
  • Dil bilikləri: Azərbaycan və Rus dili sərbəst bilik tələb olunur
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
  • Şəxsi nəqliyyat vasitəsi mütləqdir

Vəzifələr:

  • Bakıda və Azərbaycanın bölgələrində topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
  • Malların satışının planlaşdırılması, sxemlərinin, formalarının, metodlarının və texnologiyalarının işlənib hazırlanması, malların bazarda tanıdılması
  • Potensial alıcıların müəyyən edilməsi və onlarla işgüzar əlaqələrin qurulması;
  • Qiymətlərin müəyyən edilməsində iştirak, müqavilələr üzrə ödəniş formalarının müəyyən edilməsi;
  • Müqaviləqabağı işlərin aparılması və alqı-satqı, təchizat və s. müqavilələrin bağlanması;
  • Daimi müştərilərlə əlaqə saxlayır, onlarla şərtləri yenidən müzakirə edir;
  • Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
  • Məhsulların satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
  • Görülən işlərin qeydinin aparılması

Şərtlər:

  • İş qrafiki: 5 günlük iş qrafiki
  • Əmək haqqı: Fiks əmək haqqi + % . Ortalam aylıq gəlir 1500-2800 AZN
  • Korporativ nömrə və yanacaq müəssisə tərəfinfən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Topdan satış üzrə menecer” adını qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.