Korporativ satış üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilər üçün satış müqavilələri və hesab-fakturaların tərtib olunması;
  • Tender, kotirovka və digər satış prosedurlarının həyata keçirilməsi;
  • Korporativ müştəri bazasının genişləndirilməsi;
  • Satılan avtomobillərin rəsmiləşdirilməsinin təşkili;
  • Müştərinin məhsul seçimi üçün optimal şəraitin yaradılması;
  • Gündəlik yeni şirkətlərlə əlaqə saxlanılması, məhsulun təqdim edilməsi və yeni müştərilərin cəlb edilməsi;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil
  • Yaş: 23-35
  • Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində səlis danışıq (digər xarici dil bilikləri üstünlükdür);
  • Məhsulları təqdim  etmək bacarığına malik olmaq;
  • E-satınalma portalı üzrə işləmə bacarığı
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı.

İş şəraiti:

  • Həftədə 5 iş günü, saat 09:00-19:00
  • Əmək haqqı: 500-2000 AZN (əmək haqqı və əlavə bonuslar)

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Korporativ satış üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.