Telesales Assistant

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 14.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Müvafiq segmentə aid potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsini və satışını təmin etmək;
  • Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə Bank tərəfindən təqdim olunan məhsulların və xidmətlərin irəliləyişi üzərində işləmək;
  • Müvafiq segmentə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tan;tmaq, iştirakçı kimi cəlb edilməsini və satışların artırılmasını təmin etmək;
  • Müvafiq segmentə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;
  • Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsi (kredit kartlarının etibarlıq tarixləri bitməsi halları daxil olmaqla);
  • Rəqəmsal biznes kreditlərinin satışını təşviq etmək üçün xüsusi siyahılar üzrə müştərilərə zənglərin edilməsi;
  • Bankdan getmiş müştəriləri yenidən cəlb etmək üçün soyuq satış zənglərinin edilməsi;
  • Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətlərin təhlil edilməsi və müştəriyə lazımi dəstəyin göstərilməsi;
  • Maliyyələşmə məhsullaırnın satışı zamanı fiziki görüş tələb olunan müştəri müraciətlərinin təhlil edilməsi (ilkin məlumatın əldə olunması – first screening) və müvafiq segmentə aid Müştəri menecerlərinə yönləndirilməsi və xidmətin sona qədər aparılmasını təqib edilməsi;
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
  • Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstətrmək;
  • Müştərinin satışdan sonra yaranan narahatçılıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciətin yönləndirilməsi;
  • Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi təmin edilməsi 

Tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır)
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il 
  • Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
  • Bazar üzrə biliklər:
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, müştərilərlə danışma qabiliyyəti, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. 

İşəgötürənin reytinqi