Satış təmsilçisi (Mənizl satışı sahəsində)

İşin təsviri

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

  • Təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq 
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, şirkətə yeni müştərilər qazanmaq;
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, məhsul haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
  • Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;  
  • Şirkətin məhsullarının satış nöqtəlsində istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlanmasını təmin etmək, məhsulun satış görünüşünə nəzarət etmək;
  • Gün sonu hesabatların verilməsi; 

 QEYD: İş yeri 2 ay ərzində Qusar rayonu, Şahdağ istirahət kompleksində, növbəti 2 ay ərzində Bakı şəhəri. Nahar və yaşayış yeri ilə şirkət təmin edir.

Əmək haqqı : 600 azn net 

İş qrafiki : Həfdədə 6 gün

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Yaş həddi 21-30 arası;
  • Azərbaycan dilini , Rus dili səlis bilməli (ingilsi dili arzuolunandır);
  • Komandada və stres altında işləmək bacarığı;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
  • Ünsiyyətcil və inandırma bacarığı;
  • Öz üzərində işləyən, inkişafa meyilli;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Vaxtın səmərəli idarə olunması bacarığı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizədlərdən şəkilli CV-lərini “Satış nümayəndə” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Sea Breeze Marina MTK tərəfindən digər vakansiyalar