İngilis dili müəllimi (part-time)

  • Fast English
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təcrübəsi olanlar müraciət etməsin

İş təcrübəsi tələb olunmur - İş tam şəkildə öyrədilir

İşləmə həvəsi olan 2, 3, 4-cü kurs və ya magistr tələbələri axtarılır.

Qəbul imtahanında minimum 550 bal toplamış və hər axşam (şənbə, bazar daxil) saat 7-dən 11-ə qədər online dərs keçməyə vaxtı olan şəxslər lazımdır.

İş haqqında:

  • Müxtəlif yaş qruplarına ingilis dilində online şəkildə axşam saatlarında dərslər keçirilir
  • İlk 1 ay təlimləndirilib müəllim kimi peşəkar şəkildə yetişdirilirsiniz və daha sonra dərslər keçməyə başlayırsınız

Namizədə tələblər:

  • Səbrli, enerjili, məsuliyyətli, gülərüz olmalı
  • Feedback-lərə açıq olmalıdır
  • Minimum Upper-intermediate dil bilgisi
  • Komandada işləmə bacarığı
  • Öyrətmə həvəsi, marağı olmalıdır
  • Müxtəlif xarakterdə insanlarla tez uyğunlaşıb ünsiyyət qurmağı bacarmalıdır
  • Yeniliklərə açıq olmalı, inkişafa meyilli olmalıdır.

Sizə nə vəd edirik?

  • Dinamik, inkişafa meyilli gənc komanda
  • Ölkədə heç bir yerdə olmayan 100 faiz sistemləşmiş dərs proqramı
  • Şəxsi inkişafınız üçün dəstək, modern iş mühiti təcrübəsi
  • Ünsiyyət bacarıqlarınızın ciddi inkişafı
  • Networking
  • Şirkət daxili ödənişsiz təlimlər
  • Daimi mentor dəstəyi

CV-nizi "İngilis dili müəllimi" başlığı ilə e-mail ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd: İş maaşlıdır, ancaq bu işə xüsusi həvəsi olan insanları axtarırıq. Yalnız ciddi məqsədi olan şəxslər müraciət etsin.