Kuryer

  • Lavka
  • Elanın qoyulma tarixi: 11.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Lavka” MMC şirkəti Bakı şəhərində Yasamal rayonu ərazisində yeni açılacaq Online Supermarket üçün Sifariş çatdırma Kuryeri axtarır. 

İş barədə məlumat: 

  • Təhlükəsiz nəqliyyat vasitəsini idarə edilməsi;
  • Müştərilərdən gələn sifarişin vaxtında səliqəli və qüsursuz ünvana  çatdırılması;
  • Şirkət qaydalarına uyğun Kuryer Proqramını tam və qüsursuz istifadə etməsi;
  • Sifarişlər və işin icrası barədə bildirişlərin verilməsi;
  • Əgər nağd satış olarsa, hesabın düzgün verilməsi və qalığın müştəriyə qaytarılması;
  • Şirkət bukletlərin paylanılması;

Namizədə tələblər: 

  • Aidiyyəti üzrə sahədə iş təcrübəsi olması arzu olunandır;
  • Şəxsi nəqliyyat vasitəsi motor, velosiped və ya avtomobil ola bilər. 
  • Android 9 və üzəri Əməliyyat Sistemi olan telefon 
  • Kateqoriya uyğun sürücülük vəsiqəsi 
  • Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli 
  • Səliqəli görünüş (geyim və hər zaman üzü təraşlı) 
  • Danışıq və davranış qaydalarını bilməli 
  • Şirkət daxili qaydalara tam şəkildə riayət etmək 
  • Qida məhsulları daşınması üçün sağlamlıqla əlaqədar problem olmamalı - sağlamlıq arayışı tələb olunacaq işə alındıqda 

İş şəraiti, Nə təklif edirik:

  • İş vaxtı qrafikə əsasən olacaq 
  • Əsas xidmət haqqı və gələcəkdə sifariş sayından asılı olaraq əlavə mükafat.   
  • Kuryer korporativ nömrə və internetlə təmin edilir. 
  • Nəqliyyat vasitəsinin yanacağı və yağı şirkət tərəfindən ödənilir. 
  • Forma 

Maraqlananlar CV-lərini e-mail adresinə pdf formatında göndərə bilərlər. 

Lavka tərəfindən digər vakansiyalar