Xəzinədar

İşin təsviri

Öhdəliklər:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi. 

Tələblər:

  • Bəy namizədlər;
  • Ali təhsil;
  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  • Sürücülük vəsiqəsi olanlara üstünlük verilir;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır. 

Şənbə günləri istirahət. 

İş saatı 10:00- 18:00 

Əmək haqqı: 1200 AZN

Əlaqə: (099) 458-18-18, Bayram bəy.

Atslaha18 Lombard Kiçik Biznes Kreditləşməsi tərəfindən digər vakansiyalar