İnsan Qaynaqları üzrə mütəxəssis

İşin təsviri

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Gilan Qəbələ Konserv Zavodu (Jalə Bakı Satış Mərkəzi) dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderlər siyahısına başçılıq edir.
Zavodun məhsulu olan Jalə təbii meyvə şirələri Avropada istehsal olunmuş ən müasir avadanlıqlar vasitəsi ilə və məhz yerli xammaldan istifadə olunaraq istehsal olunur. Jalə təbii meyvə şirələri müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş və yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərinin bazarlarındada öz alıcıların tapmışdır.

ŞİRKƏT AŞAĞIDA GÖSTƏRİLƏN VAKANSİYA ÜZRƏ İŞÇİ YIĞIMI ELAN EDİR

VAKANSİYANIN ADI:    İnsan Qaynaqları üzrə mütəxəssis

IŞIN ÜMUMI TƏSVIRI:

- Əmək müqavilələrin bağlanması
- İşə qəbul proseslərin həyata keçirilməsi
- Əmrlərin hazırlanması
- İşçi qəbulu üzrə elanların yerləşdirilməsi
- İşçi qəbulu üzrə müsahibələrin aparılması
- Məzuniyyətlərin hesablanması
- İşçilərin uçotunun aparılması
- İşçilərin iş vaxtının uçotunun aparılması

NAMIZƏDLƏRƏ OLAN TƏLƏBLƏR

- Ali təhsil
- HR sahəsində 2 ildən az olmayan iş təcrübəsi
- Ofis proqramları biliyi
- Azərbaycan və rus dillərində fikrin sərbəst çatdırma qabiliyyəti

ŞIRKƏT IŞÇINI AŞAĞIDAKILARLA TƏMIN EDIR

- Əmək haqqı 500-600 AZN
- Şirkət hesabına nahar yeməyi
- İcbari və sosial sığortalar

ƏLAQƏ VASITƏLƏRI

Maraqlı olan Şəxslərdən CV-rinimövzu yerinə “HR specialist”  yazaraq

[email protected]

ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 30.11.2013