Gilan Qəbələ Konserv Zavodu (Jalə Bakı Satış Mərkəzi) -


    Azərbaycan Respublikasının şimal bölgəsində yerləşən Qəbələ rayonu zəngin və qədim tarixi abidələri ilə məşhurdur. Bununla yanaşı rayonun ətraf kəndləri Azərbaycanın ən məşhur meyvəçilik sahələrindən hesab olunur. Qəbələ rayonu dünya səviyyəli məhsulların istehsalı üçün əla yer olub, özünün münbit əkinəyararlı torpağı, bol dənli bitkiləri və inkişaf edən meyvə bağları ilə məşhurdur.

    Gilan Qəbələ Konserv Zavodunun istehsal etdiyi əsas məhsullar "Jalə", "Bağdan", "Zolotoy Sad", "Aycan" brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur. Ekoloji təmiz məhsullar istehsal edən şirkət hazırda məhsullarını yeni beynəlxalq bazarlara daxil etməkdədir.

    13 ha sahədə yerləşən Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən inkişaf etmiş konserv zavodudur. Bu nadir müəssisə ildə 210000 ton meyvə şirəsi və nektar istehsal edir. Təxminən 70000 ton meyvə emal etmək gücündə olan zavod təxminən 100 çeşid məhsul istehsal edir.

    Gilan Konserv Zavodu əsasən istehsalatda yerli fermerlərdən və əhalidən toplanan kənd təsərrüfatı məhsullarından istifadə edir. Bununla da yerli istehsalın inkişafına zəmin yaradılır. Şirkət davamlı olaraq öz məhsullarının keyfiyyətinin qoruyub saxlanması və artırılmasına xüsusi diqqət yetirir. Eyni zamanda burada yerli fermer və istehsalçılara yardım etmək üçün nümunəvi kənd təsərrüfatı proqramı işlənib-hazırlanmışdır.

    Bununla yanaşı, şirkət distributor və satıcılar üçün müdaxilə olunmayan çatdırılma proqramını həyata keçirərək Azərbaycan ərazisində yerli çatdırılma və distribusiya şəbəkəsi yaratmışdır. Gilan Konserv Zavodunun istehsal etdiyi bütün məhsullar beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür.