Resepşn

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şirkət daxili işlərin kordinasiya edilərək tələb olunan fəaliyyətin təmin edilməsi;
  • Şirkətə gələn ziyarətçi, qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
  • Qonaqlara özünəməxsus xidmət göstərilməsi və tələb olunan məlumatların tam şəkildə verilməsi;
  • Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
  • Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
  • Şirkət tərəfindən bağlandığı müqavilələrin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;

Tələblər:

  • Mükəmməl xidmət göstərmək həvəsi;
  • İngilis və Rus dili bacarıqları üstünlükdür;
  • MS Office kompüter proqramları üzrə bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Öyrənmək və inkişaf etmək həvəsi;

CV-lərinizi (foto mütləqdir) mövzu xanasında Resepşn qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.

CV-lərin göndərilməsi olunması üçün son tarix: 10 Dekabr 2023

Global Learning & Development Partners tərəfindən digər vakansiyalar