İşin təsviri
OTIS liftlərinin Azərbaycandakı tək səlahiyyətli Distributoru və rəsmi Subpodratçısı, Orionlift MMC, Sahə işləri üzrə koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
Bütün nazmizədlərlərdən “Sahə işləri üzrə koordinatoru” başlığı altında CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur. Mözvu başlığı qeyd olunmadan göndərən CV-lərə baxılmayacaq və növbəti mərhələ üçün qiymətləndirilməyəcəkdir.
Departament/Bölmə: Sahə işləri Departamenti
İşə qəbul növü: Əvəz etmə
Cinsiyyət: Qadın
İşin təsviri & Xüsusiyyətləri:
- İşə götürmə növü: Daimi
- Avadanlıqların pasportlarının hazırlanmasına cavabdehdir
- Quraşdırma işləri üzrə komandanı bütün lazımı sənədlərlə təmin edir (cizgilər, SƏTƏM üzrə sənədlər və sair.)
- Quraşdırılma və pasportların hazırlanması mərhələsində, müştərilərlə mövcud əlaqələrin saxlanılması. (Bildirişlərin, aktların yazılması və sair.)
- Tələb olduqda, zavodlarla əlaqə qurmaq.
Əmək haqqı: 550 AZN
Bonuslar: Müəyyən müddətdən sonra tətbiq edilir.
Əsas bacarıqlar:
- Yaxşı səviyyədə yazılı və şifahi Rus dili bacarıqları və səlis Azərbaycan dili bacarıqları (İngilis dili bilən namizədlərə üstünlük veriləcək)
- Komputer-biliyi; MS Office programları - Outlook, Excel, Word mütləqdir
Arzu olunan bacarıqlar:
- Təcrübə əsas deyil; üstünlük yeni məzunlara veriləcəkdir