Mühasib

İşin təsviri

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil, 
  • Kompüter bilikləri: MS Office proqramları, LOGO və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 3 ildən az olmayaraq iş stajı. 
  • Analitik düşüncə qabiliyyəti,
  • İdarəetmə qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Gündəlik hesabatların yenilənməsi və uzlaşdırılması;
  • Hesab-fakturaların hazırlanması;
  • Gündəlik bank balansının yoxlanılması;
  • Rəsmi ödənişlər üçün sənədlərin hazırlanması;
  • Ödənişlər üçün sənədlərin internet bankinga göndərilməsi;
  • Həftəlik bank çıxarışının yoxlanılması;
  • Anbar materiallarının yoxlanılması;
  • Digər mühasibatlıq işlərinin yerinə yetirilməsi.

Bilik və bacarıqlar: 

  • Azərbaycan Respublikasının Vergi məcəlləsindən anlayışın olması; 
  • Vergi sistemi, online kargüzarlıqda işləmə bacarığı;
  • BTP bəyannamə tərtibatı proqramında işləmə bacarığı;
  • İnternet bankingdə işləmə bacarığı.

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00

İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza 

Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “mühasib" adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.