Korporativ satış üzrə təmsilçi

  • AzRT MMC
  • Elanın qoyulma tarixi: 23.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Yeni müştərilərin cəlb olunması, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müştərilərin şirkətimiz və tərəfdaş şirkətlərin məhsulları və həlləri ilə tanış etdirilməsi, müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək, çeşidləri təqdim etmək, etirazlarla işləmək;
  • Kommersiya təkliflərini şirkət qaydalarına və price listə əsasən işləyib hazırlamaq;
  • Hazırlanan təklifləri müştərilərə göndərmək və onların izlənilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Bazar münasibətlərində maraqlı tərəflərlə şirkəti müsbət şəkildə təmsil və müdafiə etmək;
  • Təkliflər əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
  • Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi;
  • Fərdi və kollektiv satış planının yerinə yetirilməsi;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün tədbirlərin formalaşdırılması.

Tələblər:

  • IT sahəsində biliklər mütləqdir;
  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri mütləq, İngilis dili – orta(arzuolunandır);
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • B2B üzrə minimum 2 illik iş təcrübəsi;
  • Öz müştəri bazasının mövcud olması(arzu olunandır);
  • Komandada işləmək, məsuliyyət sahələrini idarə etmək bacarığı;
  • Düzgün şifahi və yazılı nitq, işgüzar yazışmalar aparmaq, kommersiya təklifləri vermək;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;

İş şəraiti və üstünlüklər:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 5 günlük iş qrafiki 09:00-18:00;
  • Ə/h: 700 AZN + yüksək bonus;
  • Ünvan: Əhməd Rəcəbli 31/5, AzTEX plaza, Nərimanov, Bakı;
  • Davamlı karyera inkişafı, ölkəmizdə və ölkə xaricində tədbirlərdə iştirak imkanı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satış üzrə təmsilçi” qeyd edərək öz CV-lərinizi elektron ünvanına göndərməyiniz xahiş olunur.