İşin təsviri
İş öhdəlikləri:
- Gündəlik bar işləri üçün bütün iş tapşırıqlarına nəzarət etmək və həyata keçirmək;
- Reseptlərə uyğun olaraq içkiləri hazırlamaq;
- Yüksək keyfiyyətli və çevik xidmət göstərmək;
- İçkilərlə bağlı sifarişləri qəbul etmək;
- Menyuda göstərilən bütün içkilər barədə məlumatlı olmaq;
- Xidmət sahəsi və ərazinin təmiz və səliqəli olmasını təmin etmək;
- İşlək avadanlığın rüblük, yarımillik və illik siyahıya alınmasında yardım etmək.
Əsas tələblər:
- Müvafiq iş təcrübəsi;
- Qonaqlar və işçi heyəti ilə ünsiyyət qurmaq bacarıqları;
- Müştəri şikayətləri və narahatlıqlarının pozitiv şəkildə həll olunmasını təmin etmək;
- Dil bilikləri; Azərbaycan, İngilis və Rus dilinin olması vacibdir.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 22.12.2023-cü il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.