İcraçı Memar

İşin təsviri

İş barədə məlumat:

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin memarlıq işçi layihələrinin işlənib hazırlanması;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilib təhvil verilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılması;
  • Ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak.

Bilməlidir:

  • Tikinti norma və qaydalarını;
  • Layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları;
  • Layihə həcmlərinin və texniki - iqtisadi hesablamaların aparılması metodlarını;
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni.

Namizədə aid tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil

Əsas proqram bilikləri:

  • AutoCad
  • ArchiCad
  • Revit (arzuolunandır)
  • Ofis proqramları

Əsas bacarıqlar:

  • Komandada işləmək bacarığı
  • Məsuliyyətlilik
  • Layihələndirmə sahəsində minimum 3 illik iş təcrübəsi
  • Dil bilikləri və sahə üzrə sertifikatlarının olması üstünlükdür

İş qrafiki: Bazar ertəsi – Cümə; 9:00 – 18:00

Ünvan: 65 Füzuli prospekti, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu

 

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu tərəfindən digər vakansiyalar