İşin təsviri
Vəzifə öhdəlikləri:
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələlərin koordinasiya edilməsi;
- Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak edilməsi;
- Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkil edilməsi;
- Şəbəkə yükü və trafik optimizasiyasının təhlil edilməsi və təkliflərin verilməsi;
- Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi;
- Şəbəkə sistemləri üzrə yenilikləri yoxlamaq və yenilənmə üzrə planın tərtib edilməsi;
- Sistemlərdə baş verəbiləcək problem və dayanmaların prosedurlara əsasən araşdırılması və həll edilməsi;
- Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işlərin icra edilməsi;
- Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparılması;
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak edilməsi.
Tələblər:
- Ali təhsil (Texniki təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Şəbəkə təhlükəsizliyi və nəzarət modelləri haqqında biliklər;
- Sistemlər və şəbəkə proqramları, hardware və şəbəkə protokolları haqqında biliklər;
- Təşkilatçılıq, liderlik və idarəetmə bacarıqları;
- Müstəqil işləyərkən tez qərar qəbul etmək bacarığı.
İş şəraiti:
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.