Kassir - inzibatçı

İşin təsviri

İş yeri: Lüks mağazalar

Vəzifə öhdəlikləri:

  • Mağazanı açmaq;
  • Öz xidmət yerini təmizləmək və səliqəyə salmaq;
  • Kassa avadanlıqlarını hazır vəziyyətə gətirmək və hər hansı bir nasazlıq olarsa baş kassirə xəbər vermək;
  • Kassaya aidiyyatı olmayan şəxsləri kassaya buraxmamaq;
  • Gün ərzində olan satışlara nəzarət etmək və bütün satışları sistemə vurmaq;
  • Gün sonu hesabatlarını baş kassirə göndərib kassanı bağlamaq;
  • Mağazanı bağlamaq.

Namizədə tələblər:

  • Lüks pərakəndə satış sahəsində təcrübə arzuolunandır və üstünlük veriləcək;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), İngilis və Rus dilləri (arzuolunandır);
  • Müştərilərlə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Kassir- inzibatçı” yazaraq mail ünvanına göndərməkləri xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Blue Planet Distribution tərəfindən digər vakansiyalar