Baş memar

  • PMD Group
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Layihələrin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması
  • Layihələr üzrə həftəlik hesabatların rəhbərliyə təqdimatı
  • Memarlıq və mühəndislik planlarının nəzərdən keçirilməsi və layihələndirilməsinə nəzarət
  • Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək
  • Müxtəlif mühəndislik fənləri, tətbiq üsulları və materialları haqqında biliklərin tədqiqi
  • Podratçı şirkətin memarlarının işini izləmək və tövsiyələr vermək, tələb olunduğu təqdirdə seminarlar təşkil etmək
  • Podratçılar və subpodratçılar tərəfindən görülən işlərin düzgünlüyünü yoxlamaq və rəhbərliyə hesabat şəklində çatdırmaq
  • Layihə proqramının tələblərini hazırlamaq
  • Podratçı və subpodratçı layihə qruplarına nəzarət etmək, onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək
  • Məsləhətçilərin təklif və iradlarını koordinasiya etmək
  • Layihələndirmə ilə əlaqəli məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün tərəfdaşlarla ünsiyyətdə olmaq
  • Layihə ehtiyaclarını və məqsədlərini müəyyən etmək üçün birbaşa rəhbəri və Daşınmaz Əmlakın İnkişafı departamenti ilə sıx əməkdaşlıq etmək
  • Qarşıya qoyulmuş məqsəd və hədəflərə çatmaq üçün podratçı şirkətlərlə sıx əməkdaşlıq etmək
  • Müxtəlif təyinatlı layihələr üzrə mütəxəssislər ilə məsləhətləşmələr aparmaq
  • Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək

Tələblər:

  • Memarlıq, mühəndislik, dizayn və ya oxşar sahələr üzrə magistr dərəcəsi
  • Memar (layihələndirmə üzrə) kimi minimum 10 il iş təcrübəsi
  • Kompüter bacarıqları: Memarlıq dizaynında AutoCAD və REVİT-dən istifadəni yüksək səviyyədə bacarmaq
  • Yüksək idarəetmə və ünsiyyət bacarıqları
  • Detal yönümlü və yüksək analitik bacarıqlar
  • Yüksək təqdimat və komandada işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili - yaxşı və əlavə dillər arzuolunandır 

İşəgötürənin reytinqi