Tibb bacısı

  • Chenot Palace
  • Elanın qoyulma tarixi: 14.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Tibbi həkimlər və digər tibb işçiləri ilə əməkdaşlıq etmək və məsləhətləşmək.
  • Diaqnostika testləri, venadaxili infuziyaları həyata keçirmək və yarana biləcək mənfi reaksiyalara nəzarət etmək.
  • Tibbi avadanlıq və cihazları qurmaq və gündəlik nəzarət etmək. 
  • Bütün tibbi və təcili avadanlıqların etibarlı və istifadəyə hazır olmasını, nasaz avadanlıqların qeydə alınmasını və bərpa olunmasını təmin etmək.
  • İnfarkt və s. kimi ürək xəstəlikləri zamanı təcili tibbi yardım göstərmək.
  • Ehtiyac yarandığı təqdirdə təməl tibbi dəstək kimi yardımlar göstərmək və ya vəziyyəti sabitləşdirən digər müdaxilələr etmək.
  • Hər hansı xəstəlik, nasazlıq və ya yaralanmanı müalicə etmək və ya qarşısını almaq üçün həkim nəzarəti ilə tibbi yardım həyata keçirmək.
  • Yüksək standartları təmin etmək üçün mütəmadi olaraq şöbə ərazisində təmizliyə nəzarət etmək və  lazımi hallarda Housekeeping nəzarətçisinə məlumat vermək.
  • Sağlamlıq departamentinin əməliyyat standartlarına,qaydalarına və göstəriş formalarına riayət etmək.
  • Qonaqlara mümkün qədər effektiv şəkildə xidmət göstərmək.
  • Məxfiliyi və qərəzsizliyi qorumaq.
  • Vəzifədə olarkən hər zaman koorperativ telefonda əlçatan olmaq .
  • Keyfiyyətli xidmət göstərməkdə komanda işinin rolunun başa düşülməsi.
  • Qonaqlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün peşəkar inkişaf və ən yeni biliklərə sahiblənmək.

Tələblər:

  • Tibb sahəsi üzrə orta təhsil;
  • 2+ il müvafiq sahədə təcrübə
  • Səhiyyə nazirliyinin attestasiya və sertifikasiya imtahanından keçmiş namizədlər

Faydalar:

  • Təlim imkanları
  • Qonaqlama
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.

Maraqlanan namizədlər CVlərini e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. 

Son müraciət tarixi 15 dekabr, 2023.