Əməkhaqqı hesablanması üzrə bölmə rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bölmənin fəaliyyəti və iş bölgüsünə nəzarəti həyata keçirmək;
  • Müvafiq əməkdaşların əmək haqqı hesablanması sahəsində bilik və bacarıqlarının tələb olunan səviyyəyə cavab verməsini təmin etmək;
  • Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar, qanunvericilikdə nəzərdə tutulan tutulmalar) hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Aylıq və rüblük əsaslarla bölmənin fəaliyyətinə aid hesabatların təhlilini aparmaq və təqdimatları hazırlamaq;
  • Dövlət qurumlarına göndərilən müvafiq hesabatları hazırlamaq;
  • Əməkhaqqı üzrə büdcə və proqnozların hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini, o cümlədən, kənd təsərrüfatı və ya istehsalat sahəsi üzrə qanunvericiliyin tələblərini mükəmməl bilmək;
  • Elektron hökümət portalları ilə (e-gov; e-taxes; ƏMAS) işləmə bacarığı;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi, o cümlədən, iş vaxtının cəmlənmiş uçotu, növbəli iş rejimləri üzrə əmək haqqı hesablanması sahəsində minimum 2 il iş təcrübəsi;
  • 1С 8.3 proqramında sərbəst işləmə bacarığı;
  • Microsoft Office (Excel,Word) proqramlarında sərbəst işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
  • Komanda idarə edilməsi  bacarığı.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (08:00-17:00);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Biznes Mərkəzi.

CV-lər mövzu hissəsində “Əməkhaqqı hesablanması üzrə bölmə rəhbəri” qeyd edilməklə mail ünvanına göndərilməlidir.