Keyfiyyətə nəzarət üzrə mühəndis

  • FF Construction
  • Elanın qoyulma tarixi: 07.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarəedilməsi Planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
  • İstehsalat prosesinin izlənməsi , keyfiyyət standartlarına uyğun gəlməməsi halında və ya keyfiyyətin təmin edilməsi ilə bağlı hər hansı potensial problem barədə Layihə Menecerinə məlumat verilməsi;
  • İstahsalatda işlərin keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, problemlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Audit nəticələri  ilə bağlı Layihə Menecerinə hesabat verilməsi;
  • Keyfiyyətin idarəedilməsi mövzusu ilə  bağlı iclaslarda iştirak;
  • ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi;
  • Layihə üzrə Keyfiyyətə nəzarət üzrə Təlim Planınının hazırlanması və həyata keçirilməsi;
  • Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq  hesabatın hazırlanması və Rəhbərliyə təqdim edilməsi. 

Xüsusi tələblər:

  • Təhsil: Ali təhsil 
  • Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri
  • Iş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mühəndis olaraq qeyri-qida mallarının istehsalı sektorunda ən az 3 il iş təcrübəsi olmalı (İnşaat materialları istehsalı sahəsində müvafiq iş təcrübəsi arzuolunandır)
  • Yaş: 30-55
  • Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
  • Kompüter bilikləri: Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
  • ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • RFI Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını

Əmək haqqı: razılaşma yolu ilə

Qeyd: namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.