Helpdesk üzrə aparıcı mütəxəssis

  • Introhost
  • Elanın qoyulma tarixi: 06.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Fərdi kompüter istifadəçilərinə kompüter təchizatı və ya proqram təminatı ilə bağlı hər-hansı bir problemi həll etməkdə kömək göstərməlidir
  • Video müşahidə sistemlərinin qurulması və bu sistemlərinin proqram təminatı ilə bağlı hər-hansı bir problemi həll etməkdə kömək göstərməlidir
  • Access Control və Turniket sistemlərinin qurulması və bu sistemlərin proqram təminatı ilə bağlı hər-hansı bir problemi həll etməkdə kömək göstərməlidir
  • Vəzifə funksiyalarına aid məsələlər üzrə sorğulara və məktublara cavablar hazırlayır
  • Kompüter avadanlığı və sistemləri üzrə telefonla ilkin köməklik göstərir (Qaynar xətt)
  • Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin etmək
  • İşgüzar səyahətlər etmək və vaxtaşırı olaraq ezamiyyətlərə getmək
  • İnformasiya sistemlərinin istismarı və istifadəsi üzrə metodiki göstərişlərin, normativ materialların və təlimatların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək
  • İT departamentin vəzifələrinə aid məsələlərlə bağlı prosedur və qaydaları, hesabat və digər sənədləri hazırlamaq və ya hazırlanmasında iştirak etmək
  • İT avadanlıqlarının işlək vəziyyətinin təmin olunmasında iştirak edir
  • Şirkətin İT infrastrukturunda yaranan nasazlığa dərhal reaksiya verir və xidmət pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görür
  • Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək
  • Texniki avadanlıqların keyfiyyətli işini təmin etmək məqsədi ilə onların yenisi ilə əvəz edilməsi üçün təkliflər vermək
  • Şirkətin Əsas və Ehtiyat mərkəzlərindəki server otaqlarının və server otaqlarındakı iş şəratinin müvafiq standartların tələblərinə cavab verən şəkildə qurulmasını, və daim səliqəli saxlanılmasını təmin edir
  • İş qrafiki: 6 günlük iş rejimi. şənbə günü 10:00-dan -14:00-dək qısa iş günü
  • Əmək haqqı: 1500-1700 azn

Namizədə tələblər:

  • Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə bakalavr təhsili (təcrübəsi olduqda orta təhsilli)
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
  • Xarici dil: İngilis dili, rus dili
  • Kompüter bilikləri: Microsoft OS(Windows 10/11)/Mac OS(Ventura), MS Office
  • CompTiA və CCNA üstünlük verilir
  • Məhsul biliyi: Texniki dəstək sistemi
  • Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə
  • Digər: Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.