Anbardar

  • FLY INN BAKU
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nəyi bilməlidir:

  • Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil bilikləri arzuolunandır;

Nəyi bacarmalıdır:

  • Yazılı, şifahi ünsiyyət və düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, operativlik və punktuallıq;
  • Microsoft Office (Excel-sərbəst) proqramlarını istifadə etmək bacarığı;

Xüsusi tələblər:

  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Anbardar vəzifəsində, minimum 1 il iş təcrübəsi;
  • Yaş həddi: 25-40 yaş;

Gözlənilən davranışlar:

  • Yeniliklərə açıq olmaq;
  • Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı;
  • Komandada işləyəbilmək bacarığına sahib olmaq;

İş şəraiti: 

  • İş qrafiki: birnövbəli (beşgünlük) iş qrafiki;
  • ARƏM-nə müvafiq sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində);

Vəzifə öhdəliyi:

  • Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Yükləri anbara qəbul edərkən, faktiki miqdarını eləcə də məhsulun vəziyyətini yoxlamaq;
  • Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
  • Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbarda sayımlar aparmaq;

Qeyd olunan tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Anbardar qeyd etməklə mailə göndərə bilərlər.