Satış nümayəndəsi

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bakı, Quba, Xaçmaz, Şəki, Zaqatala, Ucar, Bərdə, Gəncə, Goranboy, Salyan, Cəlilabad, İmişli.

Namizədə olan tələblər:

  • Təhsil: Ali;  
  • Satış sahəsində minimum 1 illik iş təcrübəsi (Kənd təsərrüfatı texnikalarının satışı üzrə təcrübə üstünlükdür); 
  • Sürücülük bacarığı (Nəqliyyat vasitəsinin olması mütləqdir-yanacaq və amortizasiya təmin edilir);  
  • Azərbaycan dili səlis;  
  • Bakı, Quba, Xaçmaz, Şəki, Zaqatala, Ucar, Bərdə, Gəncə, Goranboy, Salyana, Cəlilabad, İmişli regionlarında yaşayan namizədlər.  

Vəzifə öhdəlikləri:  

  • Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırmaq; 
  • Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək; 
  • Marketinq materiallarını yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək; 
  • Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək; 
  • Express məhsulların satışını həyata keçirmək; 
  • Müştərilərin lizinq ilə bağlı müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara lizinq alınması prosesi barədə ətraflı məlumat vermək; 
  • Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq; 
  • Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq; 
  • Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatın etmək; 
  • Texniki nəzarət xidmətindən müvafiq sənədləri təhvil almaq; 
  • Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək; 
  • Rəhbərliyə müvafiq hesabatların vaxtı-vaxtında təqdim etmək; 
  • Rəqiblərin təhlilini aparmaq. 

İş şərtlərimiz:

  • Əmək haqqı: 400 AZN + Satış bonus;  
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 9:00-18:00.    

Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.    

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.     

İşəgötürənin reytinqi