Dizayner mətbəə

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Mətbəə məhsullarının çapa hazırlanması
  • Sürətli işləmə bacarığına sahib olmalı
  • Verilmiş təlimatlar, göstərişlər və məlumat əsasında, dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Corel draw, Adobe İllustrator, Photoshop yüksək səviyyədə bilmək;
  • Poliqrafiya üzrə texniki məlumatlara malik olmalı;
  • Çap avadanlıqlarının iş prinsipindən məlumatlı olmalı;
  • Ofset çaplarında dizayn işlərinin rəngayırma prosesinə hazırlanmasını bacarmalı;
  • Yeni iş mühiti və kollektivə tez uyğunlaşma bacarığı;
  • Daxili nizam-intizam qaydalarına əməl etmək;
  • Ən azı 3 il iş təcrübəsi.

Sizə nə təklif edirik?

  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı nümayiş və inkişaf etdirmək imkanı;
  • Dizayn sahəsində karyera qurmaq və inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Əlavə təlimlər və dizayn sahəsində daha dərin biliklərə yiyələnmək imkanı;
  • Əmək haqqı müsahibə əsasında təyin edilir (bilik və təcrübəyə uyğun artan əmək haqqı)
  • Nahar yeməyi  MMC tərəfindən təmin edilir.

QEYD: Çap sahəsində təcrübə önəmlidir! Şirkət özü birbaşa istehsalçı olduğundan çapa gedən xüsusi məhsullarla (qutular, çantalar, təqvimlər və s.) işləmə bacarığı bizim üçün önəmlidir.

Uyğun namizədlər öz CV-lərini elektron ünvanına “Dizayner” başlığı ilə göndərə bilər.