Logistika üzrə mütəxəssis

  • General Supply
  • Elanın qoyulma tarixi: 01.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
  • Alternativ və daha optimal daşıma yollarını araşdıraraq;
  • Daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
  • Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təgsil;
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Logistika üzrə mütəxəssis yazmaqla göndərə bilərlər.