Partnyor satışları üzrə mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 31.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş: 21-35
  • Cinsi: Qadın
  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta)
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Güclü təqdimat və satış bacarığı
  • Yenilikləri tətbiq etmək bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
  • Mövcud müştərilər üzrə adminstrativ işlərin aparılması
  • Soyuq satışların həyata keçirilməsi
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş
  • Satışlar barədə mütəmadi təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərə təqdim edilməsi
  • Qoyulmuş hədəflərin icrası və satış həcminin artırılması
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması

İş şərtləri:

  • İş qrafiki: I-V günlər, 09:00 - 18:00
  • İş yeri: Bakı-Sumqayıt şossesi 6-cı km (Xırdalan)
  • Şirkət tərəfindən korporativ nömrə və telefon ilə təmin olunur
  • Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti
  • Stabil əmək haqqı və aylıq bonus

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e- mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Partnyor satışları üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.