İşin təsviri
Tələb olunan biliklər:
- Python (Django, Django REST) - dərinləşdirilmiş biliklər
- HTML5
- CSS3
- Bootstrap
- Nginx
- Gunicorn
- OOP və SOLID prinsipləri ilə işləmə
- Ubuntu serverlərə deployment təcrübəsi
- Git versiya kontrol sistemi və github platforması ilə işləmə
- Django 2+ framework üzrə biliklər
- HTML5, JS, Bootstrap, Typescript programları üzrə biliklər
- GIT programlarından istifadə bacarığı
- Analitik düşünmə qabiliyyəti
- İşində dəqiq və məsuliyyətli
- Fərdi və komandada işləmə bacarığı
- PostgreSQL - optimal sorğuların yazılması, indeksləmə və.
- Background tasks, Celery, asynchronous programming, Flower
- Mövcud layihələrə qoşulmaq və adaptasiya olmaq
- DevOps və Docker üzrə proqramçı səviyyəsində tələb olunan biliklər - sadə pipeline yazılması, Cİ-CD anlayışları, Python Django ilə yazılmış layihəni konteynerləşdirmək
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Əmək haqqı: müsahibə əsasında müəyyən olnur.
- İş saatları: bazar ertəsi-cümə, 9.00-18.00
Vəzifə öhdəlikləri:
- Python/Django kitabxanasından istifadə etməklə web platformalı daşınma və kommersiya tipli layihələrin proqramlaşdırılması, idarə edilməsi və davamlı texniki dəstək göstərilməsi
- Müasir proqramlaşdırma alətlərini (versioning, task management, containerization, docker) bilmək, öyrənmək, uyğun qaydada tətbiq etmək
- Backend və APİ servislərin yazılması, böyük həcmli trafikə uyğunlaşdırılması, frontend proqramçılara ötürülməsi
- Layihənin başlanğıcdan istifadəçilərə təhvil verilənə qədər bütün mərhələlərin aparılması, sonradan texniki dəstəyin göstərilməsi
- Layihə rəhbərindən, biznesdən və baş proqramçıdan tapşırıqların alınması, uyğunlaşdırılması və vaxtında təhvil verilməsi
- Layihələri və tapşırıqları vaxtında və keyfiyyətli icra etmək üçün komandada işləmək
- Sənədləşmənin (documentation) hazırlanması
Qeyd: CV ilə birlikdə portfolionun göndərilməsi üstünlükdür.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Django Developer” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.