Briqadir

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 25.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə ödəlikləri:

  • İşçilərə iş öncəsi təhlükəsizlik və görüləcək işlər haqqında təlimat verir
  • Dəzgah və avadanlıqlardan düzgün istifadə olunmasına, onların düzgün işləməsinə nəzarət edir, hər hansı bir problem yarandıqda aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirir
  • Prossesə lazım olan xammal və materialları (qrit, qranul, polietilen, yapışdırıcı, toz boya, sərtləşdirici, tiner, boya, əlcək) anbardan təmin edir, uyğun yerdə yerləşdirilməsinə nəzarət edir
  • Xammal və materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət edir, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirir                
  • Boru İzolyasiya sahəsi ərazisinin təmizliyinə nəzarət edir, sahədən çıxan satışa yararlı və xalis  tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin edir
  • Boruların izolyasiyası prosesini düzgün və səmərəli şəkildə təşkil edir, iş prosesinin ardıcıllıq və davamlılığını təmin edərək boruların tələb olunan şərtnaməyə uyğun izolyasiya edilməsinə nəzarət edir 
  • İzolyasiya və boyama zamanı baş vermiş xətaların səbəblərini aşkar edərək tez bir zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir  
  • Gün ərzində görülmüş işlər haqqında rəhbərinə məlumat verir
  • Boru ölçüsü dəyişilərkən ölçülərin düzgün şəkildə tənzimlənməsinə nəzarət edir
  • Üzərində xəta aşkarlanmış boruların lazımi şəkildə təmir edilməsinə nəzarət edir.

Bölmə adı: İstehsalat sahəsi/Boru izolyasiya bölməsi

İş qrafiki: Növbəli (qanunvericiliyə uyğun olaraq)

Əsas şərtlər: Ali təhsil və ya Sumqayıta yaxın ərazilərdə yaşaması

İş təcrübəsi: İstehsalatda və idarəçiliklə bağlı ən azı 1 il təcrübə