Şəbəkə infrastrukturu şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 19.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Şəbəkə infrastrukturu şöbəsinin mütəxəssisi - şəbəkə inzibatçısı

Əmək haqqı:

Kiçik mütəxəssis: 1430 AZN
Mütəxəssis: 1900 AZN
Baş mütəxəssis: 2380 AZN

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (Texniki ixtisaslara üstünlük veriləcək);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Hərbi xidməti bitirənlər vəya uzun müddətli möhlət hüququ olanlar;
• Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
• LANWAN texnologiyaları üzrə mükəmməl bilik;
• Cisco (switch, router, firewall) avadanlıqları üzrə konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İŞİN TƏSVİRİ:

• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək.
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

Əlaqə üçün şəxs: Səidə Məmmədova

E - mail :  [email protected]  (SUBJECT qismində vakansiyanın adını qeyd etmək mütləqdir !)

Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

İşəgötürənin reytinqi