Mağaza meneceri

  • Shazeli Group MMC
  • Elanın qoyulma tarixi: 20.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Ali və ya orta təhsil;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilmək;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə daim nəzarət etmək;
  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;
  • Gündəlik satış müşahidələri və həftəlik satış görüşləri keçirməklə pərakəndə satış komandası üzvlərini inkişaf etdirmək və öyrətmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;
  • Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;
  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.
  • İş qrafiki ; İş qrafiki mağazanın iş qrafikinə görə uyğunlaşdırılır və həftədə bir dəfə istirahət verilir;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Müraciət etmək istəyən əməkdaşlardan,CV formalarını mövzu hissəsində “Mağaza meneceri” qeyd edərək yönləndirməyiniz xahiş olunur.

Shazeli Group MMC tərəfindən digər vakansiyalar