İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Əmək haqqı və işçilərlə bağlı digər hesablaşma əməliyyatlarının aparılması.
- Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi.
- Sınaq balansının hazırlanması.
- Dövlət orqanlarına və Mərkəzi Banka hesabatların verilməsi.
- Hesabatların Beynəlxalq uçota uyğun (İFRS) hazırlanmasında yaxından iştirak etmək
- Vəzifə təlimatına uyğun digər işlərin yerinə yetirilməsi.
Vəzifə üzrə əsas tələblər:
- Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası).
- Maliyyə üzrə beynəlxalq sertifikatlar (ACCA)
- Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunu, Milli Mühasibat uçotu standartlarını və digər tənzimləyici sənədləri bilmək.
- Sığorta sahəsində 3 illik iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan, İngilis dili B2.
- Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Elektron portallarla işləmək bacarığı.
- Şəxsi və işgüzar keyfiyyətləri: İnkişaf yönümlü, dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
Əmək şəraiti və şərtləri:
- Əmək müqaviləsi əsasında 5 günlük iş həftəsi.
- Əmək haqqı namizədin səriştə və peşəkarlıq dərəcəsinə uyğun müsahibə zamanı razılaşdırılır.
Müraciət qaydası:
- Müraciət üçün e-mail ünvanına mövzu hissəsində Mühasib yazaraq CV göndərə bilərsiniz.
- Tələblərə cavab verən namizədlə 3 iş günü ərzində əlaqə saxlanılır.