Təcrübə Proqramı - Hesabatlıq-Maliyyə

İşin təsviri

Sizə nə təklif edirik?

  • Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Hesabatlıq-maliyyə sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil ;
  • Azərbaycan və Rus dilləri əla səviyyədə;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək;
  • Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
  • Təhlil aparmaq, analitik düşünmə bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Öyrənmə yönümlü verilmiş tapşırıqların həllində bilik və bacarıqlarını nümayiş etdirə bilmək;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Məlumat bazası ilə işləmək;
  • Məlumatların bazaya daxil edilməsi, təhlili və hesabatların hazırlanmasını öyrənmək;
  • Şirkətin maliyyə hesabatlarının hazırlanmasında, təhlilində iştirak;
  • Mərkəzdə istifadə edilən ERP proqramlları ilə iş – proqramı öyrənmək, məlumatların proqrama daxil edilməsi və təhlillərin aparılmasında iştirak;
  • Hesabat xarakterli təqdimatların hazırlanmasında iştirak;
  • Dövrü hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 20 Noyabr 2023-cü il tarixinədək, mövzu hissəsində “Təcrübə proqramı – hesabatlıq və təhlil” yazmaqla göndərməyiniz xahiş olunur. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)