Mühasib-operator

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Xərc, iş və xidmət alış fakturalarının Logo Tiger Enterprice proqramına daxil edilməsi;
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
  • Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin yanacaq kartlarına ödənişlərin online vurulması və hesabatının aparılması;
  • Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin sığorta tarixinə nəzarət, ümumilikdə icbari sığorta məslələrinin həlli;
  • Baş mühasibin göstərişlərinin yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Ali və ya orta ixtisas təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Xanım namizəd
  • 20 - 30 yaş
  • Mühasib operator, maliyyə-mühasibat sahəsində azı 1 il iş təcrübəsi olmalı
  • Logo Tiger Enterprise proqramında işləmək bacarığı
  • Təhlil aparmaq bacarığı
  • İnkişafa meyilli
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 gün, 08:00 – 17:00 
  • Əmək haqqı: 600-650 Azn
  • Nahar şirkət hesabına
  • Korporativ nömrə ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini qeyd olunmuş elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Mühasib-operator” qeyd etməklə göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504