Satış departamenti direktoru

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 18.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
  • Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
  • Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
  • Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
  • Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
  • Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
  • Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
  • Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
  • Bölgə rəhbərlərinin işini koordinasiya etmək;
  • Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
  • Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
  • Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
  • Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.

 

Namizədə tələblər:

  • Ali  təhsil;
  • Satış sahəsində Rəhbər vəzifəsində  minimum 10 il iş təcrübəsi;
  • Yaş: 35-50
  • Cins: kişi
  • Azərbaycan və rus dillərində sərbəst danışıq , ingilis dili arzuolunandır;
  • Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar; 
  • Effektiv ünsiyyət və güclü təqdimat bacarığı;
  • Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı;
  • Səlis  nitq qabiliyyəti və xoş görünüş;
  • İşgüzar etik qaydalara riayət;
  • İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
  • Satış/kommersiya sektorunda azı 10-15 illik iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst (ingilis dili arzuolunandır.)
  • Mükəmməl liderlik və idarətmə bacarıqları;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • MS Office proqramlarında və 1C 8.3v məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
  • Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
  • Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.

    İş şəraiti:

  • İş qrafiki: 1-6 günlər
  • Əmək haqqı: 3500-4000 AZN
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
  • Nahar və Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
  • İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış departamentinin rəhbəri” yazmaqla müraciət edilir.

 

 

İşəgötürənin reytinqi