Ofisiant

İşin təsviri

Tələblər:

  • Yaş: 18-35
  • Xarici dil bilikləri (rus, ingilis dili)
  • Təcrübə: bu sahədə min 2-3 il iş təcrübəsi

İş barədə məlumat:

  • Cins: Kişi/Qadın
  • İş qrafiki: növbəli dəyişkən
  • Əmək haqqı: 450 azn+ bonus
  • Nahar və forma şirkət tərəfindən qarşılanır 

Vəzifə öhdəlikləri:

  • Müştəriləri salamlamaq və müəssisənin proseduruna uyğun olaraq yeməkdən əvvəlki xidmətləri göstərmək
  • Müəssisənin prosedurlarına uyğun olaraq müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
  • Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
  • İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
  • Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
  • Xidmət və məhsullar ilə bağlı gecikmələri və ya qüsurları aşkar etmək, müştərinin məmnunluğunu təmin etməklə müəssisənin siyasət və prosedurlarına uyğun olaraq onları tez bir zamanda aradan qaldırmaq və məlumat vermək;
  • Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
  • Həmkarlar və müştərilər ilə əlaqələri idarə etmək;

 

Baku Cafe Restaurant tərəfindən digər vakansiyalar