Satış meneceri

  • BitCode Academy
  • Elanın qoyulma tarixi: 17.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Satışı onlayn və real şəkildə həyata keçirmək;
  • Müvafiq təhsil xidmətləri haqqında müştərilərə onlayn şəkildə məlumat vermək və müştərilərin sayını artırmaq;
  • Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək;
  • Gələn zəngləri cavablandırmaq, yeni təkliflər edib satışı icra etmək;
  • Instagram, Whatsapp, Facebook üzərindən gələn müraciətləri cavablandırmaq;
  • Yüksək səviyyədə danışıqlar aparmaq;
  • Satışları artırmaq və yeni müştərilərin axtarışı üçün davamlı olaraq satışı həyata keçirmək;
  • Aylıq satış planını tərtib etmək;
  • İdarə heyətinə işin nəticələri barədə hesabatları təqdim etmək;
  • Müvafiq hesabatlar hazırlamaq (gündəlik/həftəlik/aylıq);
  • Tələbələrə aid məlumatların müvafiq sistemdə qeydiyyatını aparmaq;
  • Potensial müştəri axtarışını həyata keçirmək;
  • Şirkət tərəfindən təklif olunan xidmət üzrə müştərilərin ehtiyaclarını aydınlaşdırmaq;
  • Müəssisənin müştərilərinə xidmət və yeniliklər barədə məlumatlar vermək;
  • Dərs cədvəlinin qurulması, tələbələr üçün qrupların təyini.

Tələblər:

  • Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
  • İnstagram, Whatsapp, Facebook üzərindən yüksək satış bacarığı;
  • Satış və ya müştəri xidmətləri sahəsində 1-2 il iş təcrübəsi (Telesatış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;
  • Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
  • Ünsiyyət və rəqabət yönümlü bacarıq;
  • Yüksək motivasiya və satış sahəsində təsdiq olunmuş hədəfləri tətbiq etmək bacarığı.

İş haqqında:

  • İş saatı: 10:00-19:00.
  • İş qrafiki: 6 günlük.
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.

Xanım namizədlərə üstünlük verilir.

Ünvan: Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 1/25, Atatürk liseyinin qarşısında

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış mütəxəssisi” başlığı ilə göndərə bilərlər.

BitCode Academy tərəfindən digər vakansiyalar