Baş hüquqşünas

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 16.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Şirkətin fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərə dair rəylərin, o cümlədən daxili korporativ və digər sənədlərin (nizamnamə, qərar, ərizə, məktub və s.) hazırlanmasında iştirak etmək;
  • Müxtəlif növ müqavilələrin (Alqı-satqı, xidmət, satınalma və s.) hazırlanması, müqavilə layihələrinin digər struktur bölmələrlə razılaşdırmaq və onlara dair hüquqi rəyin verilməsində iştirak etmək;
  • Müqavilələrin sistemləşdirilməsi;
  • Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
  • Mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanması;
  • Bütün dövlət, məhkəmə və icra orqanlarında, o cümlədən hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Ali Təhsil - Hüquq, Beynəlxalq hüquq
  • Təhsil ixtisası: Hüquqşunas
  • İş təcrübəsi (minimum): Korporativ hüquq sahəsində ən azı 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə
  • Kompüter bilikləri: Microsoft Word, Excel sərbəst istifadə etmək
  • Digər zəruri tələblər: Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki Prpsessual, İnzibati, İnzibati Prosessual qanunvericiliyini yaxşı səviyyədə bilməlidir.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Analitik düşünmə
  • Problem analiz etmə
  • Detallara diqqət
  • Nizam-intizam
  • Effektiv planlama və icra etmə
  • İşgüzar və hüquqi yazışma bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş hüquqşünas” qeyd etməyiniz xahiş olunur