Bazar araşdırmaları üzrə mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Təhsil: Ali 
  • Enerjili, təşəbbüskar, kommunikasiya bacarıqlı və tənqidi düşüncə tərzinə malik namizədlərə üstünlük verilir;
  • Bazar araşdırmaları, bazarın monitorinqi, merçendayzinq və ya satış sahəsində minimum 2 illik iş təcrübə; 
  • B kateqoriyalı sürücülük vəsiqəsi (şəxsi avtomobilin olması üstünlükdür); 
  • Mütəmadi olaraq bölgələrdə ezamiyyətlərə hazır olmalıdır;
  • Kompüter bilikləri: Excel (orta və üzəri səviyyədə).  

Vəzifə öhdəlikləri:  

  • Müştərilərlə görüşlərin, sorğuların, sınaqların və fokus-qrupların keçirilməsi;
  • Bazarda xidmət səviyyəsi üzrə monitorinqi;
  • Rəqib marka və məhsulların çeşidliliyini, satış qiymətlərini və şərtlərini, aktual stimullaşdırma aksiyalarını monitorinq edəcək;
  • Müvafiq satış şəbəkəsi üzrə marka/kateqoriya tələblərinə uyğun məhsul düzülüşü, rəf istifadəsini monitorinq edəcək;
  • Toplanmış məlumatlar əsasında müvafiq baza formalaşdırmaq və hesabatlar təklif etmək. 

İş şərtlərimiz:

  • Əmək haqqı: 1108 – 1274 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırmaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.