İşin təsviri
Əsas vəzifələr:
- Beton mehsullari zavodunda olan burğu,əymə,kəsmə dəzgahlarında işləyir,babitli yastıqların tökulməsini və qeyri-standart detalların hazırlanmasını təmin edir.
- Fəaliyyət göstərən avadanlıqların texniki sazlığını, onların optimal rejimlə işləməsini və bunun nəticəsində avadanlıqlardan istifadə etmə əmsalının yüksəlməsini həyata keçirir.
- Avadanlıqların fasiləsiz və yüksək keyfiyyətli işini, bunun üçün onların düzgün quraşdırılması və xidmətini təşkil edir.
- Avadanlıqların təmir və profilaktik gulluğunu aparır, onları düzgün istismar edir, avadanlıqlara lazım olan ehtiyat hissələrinin hazırlanmasını təşkil edir.
- Mexaniki avadanlıqların əsaslı və cari təmirinin yüksək keyfiyyətdə aparır.
- Avadanlığın təmirindən sonra onların ayrı-ayrı parametrlərinin normaya uyğun olub - olmamasını yoxlamaq məqsədi ilə sınaqdan keçirilməsində iştirak edir.
- Texnikadan, və alətlərdən səmərəli istifadə edir və onları tələb olunan qaydada saxlayır.
- İş yerini təmiz saxlayır və koordinatorların digər göstərişlərini yerinə yetirir.
- Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.
Kvalifikasiyalar:
- Tələb olunan təhsil (qanunla təsdiq olunan sənəd): Müvafiq sahədə təhsil, texnikum, sertifikatlar, peşə məktəbi
- İş təcrübəsi: müvafiq sahədə sənaye (tikinti) beton istehsalati sahəsində 1 il iş təcrübəsi
Təhlükəsizlik öhdəlikləri:
- Şirkətin ƏMTT standartlarına və təhlükəsizlik, yanğın təhlükəsizliyi, mühafizə, sanitar gigiyena və mülkü müdafiə üzrə qanunvericiliyin tələblərinə tam əməl etmək Təhlükəsiz işi dayandırmalı
- ƏMTT və İlk Tibbi Yardım üzrə tələb olunan bütün təlimlərdə iştirak etmək
- Bütün lazımı yerlərdə, iş prosesində və FMV mütləq istifadəsi tələb olunan yerlərdə FMV-dən (fərdi mühafizə vasitələri) istifadə etmək
- İlk tibbi yardım haqqında məlumatı olmaq və lazım olduqda istifadə etməyi bacarmaq.
- Hadisə baş verən zaman təxliyə planına əməl etmək
- Təhlükəsizlik hadisəsi zamanı Xətt Rəhbərini və digər müvafiq şəxsləri dərhal məlumatlandırmaq.
- Dövrü və lazım olduqda əlavə tibbi müayinədən keçmək.
Keyfiyyətə Əsaslanan Öhdəliklər:
- Şirkətin Keyfiyyət Standartlarına, Keyfiyyətin İdarəolunması Sisitemi (KİS) və qanunvericiliyin tələblərinə tam əməl etmək
- Məhsulun, xidmətin və ya prosesin keyfiyyətini riskə ata biləcək hər bir işi dərhal dayandırmaq
- Keyfiyyətin İsarəolunması Sisitemi və Keyfiyyət üzrə maarifləmdirməyə aid bütün təlimlərində iştirak etmək
- İşi yüksək keyfiyyət standartlarına və tələblərinə uyğun şəkildə qurmaq və nəzarət etmək
- Keyfiyyətli proses və tələblərdən xəbərdar olub, tətbiq və nəzarət etmək.
- Hər hansı bir keyfiyyət pozuntusunu barədə dərhal Xətt Rəhbərini və ya digər müvafiq şəxsləri məlumatlandırmaq.
- Mütəmadi olaraq keyfiyyətin yenilənməsi təlimlərində iştirak etmək.
Ətraf Mühitin Qorunmasına Əsaslanan Öhdəliklər:
- Şirkətin Ətraf Mühit standartlarına və Qanunvericilik tələblərinə əməl etmək.
- Ətraf mühit üçün risk halında işi dayandırmaq.
- Ətraf Mühit haqqında məlumat xarakterli bütün təlimlərdə iştirak etmək
- İşini ətraf mühitin qorunması üzrə ən yüksək standartlar və tələblər əsasında qurmaq.
- Ətraf mühit standartları və tələblərindən xəbərdar olub, riayət və tətbiq etmək.
- Ekoloji hadisə zamanı dərhal Xətt rəhbərini və digər müvafiq adamları məlumatlandırmaq.
- Ətraf mühitin yenilənməsi üzrə icbari təlimlərdə iştirak etmək.