İşin təsviri
İş barədə məlumat:
- Aviabiletlərin sistem üzərindən bronlaşdırılması və satışı
- Xarıcı və daxili tur paketlərin hazırlanması
- B2B sistemdən otellərin bronlaşdirılması
- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq
- Sığortanın yazılması
- Viza anketlərin doldurulması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Mövsimə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
- İş qrafiki - Heftədə 6 gün
- İş saatı - Həftə içi 09:00-dan 18:00-a kimi Şənbə günü saat 11:00-dan 14:00-a kimi
- Bazar günü - istirahət günü.
- Maaş 800 AZN + bonus
Namizədə tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Gülərüz və özünə qarşı tələbkar olmaq
- Vaxtın idarəolunması bacarığına malik olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
P.S. Xahiş olunur yalnız turizm sahəsində tur meneceri vəsifəsində çalışmış namizədlər müraciət etsin.
Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Tur meneceri” qeyd etməyi unutmayın.